Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik oldu

img

13-03-2019 [22:02]


Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

Mia.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə "kateqoriyasına” sözündən sonra "(altkateqoriyasına)” sözü əlavə edilib.

"Avtomobil nəqliyyatı haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib:

2.1. 14.2.6-cı maddəyə "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə olunub;

2.2. 27.1.1-ci maddəyə "kateqoriyası” sözündən sonra "və "D1” altkateqoriyası” sözləri, "avtonəqliyyat vasitələrini” sözlərindən əvvəl "B”, "C” kateqoriyalarına və ya "C1” altkateqoriyasına daxil olan” sözləri əlavə olunub:

2.3. aşağıdakı məzmunda 27.1.1-1-ci maddə əlavə edilib:

"27.1.1-1. "D1E” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan);”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA