Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

img

13-03-2019 [16:07]


Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Kompleksdən Mia.az-a verilən məlumata görə, bu müddətdə sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.

Səfər biletlərini reysin reallaşdırılmasına 10 gün qalmışdan avtovağzalın və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 126a ünvanında yerləşən turizm şirkətinin kassalarından, eləcə də onlayn rejimdə avtovağzal.az saytından əldə etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA