Deputatdan repetitorlarla bağlı açıqlama: "Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır"

img

13-03-2019 [15:43]


"Yeni hazırlanan "Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı təklif edilmişdi ki, özəl təhsil müəssisələrində təhsil alanların da tibbi müayinəsi ödənişsiz həyata keçirilsin. Amma, bu, məqsədəuyğun hesab edilmədi”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O qeyd edib ki, özəl təhsil müəssisələrində təhsil alanlar müəyyən qədər ödəniş edirlər: "Tibbi müayinənin pullu olması gərginlik yaratmaz. Çünki bu, simvolik vəsaitdir. Bu baxımdan bu təklif qanuna daxil edilmədi”.

Komitə sədri vurğulayıb ki, repetitorların qarşısını almaq üçün müəllimlərin maaşının artırılması məsələsi qaldırılmışdı: "Əməkhaqqı Prezidentin sərəncamı ilə artırılır. Ardıcıl olaraq təhsil işçilərinin əməkhaqqı artırılır. Bu istiqamətdə sosialyönümlü siyasət həyata keçirilir. Qanunda olan təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA