ATƏT sədri Ermənistanda Qarabağdan danışdı: "Prosesə müsbət təkan verəcək əsas var”

img

13-03-2019 [14:12]


"Çoxlu çağırışlar var, prosesə müsbət təkan verəcək əsas da var”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin həlli yollarının axtarılmasına və həmsədrlərinin fəaliyyətinə dəstəyini artıracaq: "Məqsədimiz gələcəyin təhlükəsiz qurulmasıdır. Slovakiyanın sədrliyi başlayan kimi bölgəyə səfər etdim ki, insanları dinləyim, vəziyyətlə tanış olum. Etimad mühitinin yaradılması, əhalinin sülhə hazırlanması, görüşlərin davam etməsi vacibdir".

M.Layçak Azərbaycan-Ermənistan sərhədində zorakılıq hallarının azalmasını alqışlayıb.

Qeyd edək ki, M.Layçak martın 5-də Azərbaycanda səfərdə olub/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA