“Nar” “İlin mobil operatoru” oldu

img

12-03-2019 [20:24]


Ölkənin ən gənc mobil operatoru olan "Nar”, "Navigator Business Awards” tərəfindən "İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb.

Mia.az xəbər verir ki, "Nar” təqdim etdiyi tariflər və sərfəli qiymətlər, baza stansiyalarının sayını sürətlə artırmaqla hazırda ölkədə ən geniş 3G və 4G şəbəkələrindən birinə malik olması, müştəriyönümlülüyü ilə seçilən fəaliyyəti, eyni zamanda mobil operatorun dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi nəticəsiində "İlin ən yaxşı mobil operatoru” adına layiq görülüb.

Bundan başaqa, təşkilatçılar mobil operatorun göstərdiyi yüksək dinamik inkişafı, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsini yüksək qiymətləndirib. 

Qeyd edək ki, Navigator.az regional biznes portalı 10 ildən artıqdır ki, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir. Bu ölkələrdən olan minlərlə şirkət Navigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərafdaşı olan 26 min şirkət və təşkilat sırasından ən layiqlilərini müəyyən etmək üçün regional "Navigator Business Award” mükafatını təsis edib. "Navigator Business Award” Cənubi Qafqaz regionunun biznes sahəsində ən mötəbər mükafatı sayılır və Azərbaycanda və Gürcüstanda ölkələrin inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etmək üçün yaradılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA