12-03-2019 [19:34]
"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndində keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.
"Onu deyə bilərəm ki, görünür, hər bir məsələ öz yerini tapır. Ermənistan Baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, deməli, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır.
"Qarabağ erməniliyi” fikrini səsləndirən Baş nazir söz oyununa son qoyaraq Dağlıq Qarabağda yaşayan ermənilərin "xalq” yox, erməni icması olduğunu dilə gətirir. Bir daha təkrar edirik ki, münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib; 1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub.
Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil.
Xatırlatmaq istərdik ki, ATƏT-in 1996-cı il Lissabon zirvə görüşü zamanı ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülən və Ermənistan istisna olmaqla bütün digər ATƏT üzv ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunan fəaliyyətdə olan sədrin bəyanatında münaqişənin həlli prinsiplərinə aydınlıq gətirilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz", - deyə o, qeyd edib.
L.Abdullayeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib: "Özünün də bəyan etdiyi kimi, Ermənistan xalqının etimadını qazanan və beləliklə də tam mandata sahib olan Baş nazir siyasi iradəsini nümayiş etdirərək bölgəyə sülh, tərəqqi və dayanıqlı inkişafın gətirilməsində nə dərəcədə maraqlı olduğunu aydın şəkildə göstərməlidir. Belə ki, sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi