12-03-2019 [18:49]
Avropa Parlamentinin Strasburqdakı plenar sessiyasında Avropa İttifaqı ilə Rusiya Federasiyasının siyasi münasibətləri barədə qətnaməyə səs verilib.
"RİA Novosti” xəbər verir ki, sənəddə "Şimal axını 2” layihəsini dayandırmaq, fərdi sanksiya tətbiqi üçün səlahiyyətləri genişləndirmək, Rusiyanın maliyyə və texnologiyaları əldə etmək imkanını məhdudlaşdırmaq və bu ölkəni artıq strateji tərəfdaş hesab etməmək təklifləri yer alır.
Bu ay latviyalı millət vəkili Sandra Kalniyete tərəfindən Avropa Parlamentinə təqdim olunaraq 89 nəfərin bitərəf qalmaq şərtilə 163 səs əleyhinə verilməklə 402 səslə qəbul olunan qətnamədə "Rusiya tərəfindən beynəlxalq hüququn pozulması davam edərsə, Avropa İttifaqı ünvanlı fərdi sanksiyalar, maliyyə və texnologiyalara çıxışı məhdudlaşdırmaq da daxil olmaqla daha geniş sanksiyalar tətbiqinə hazır olmalıdır” kimi müddəa var.
Bundan əlavə, sənəddə "Aİ hüquq səlahiyyəti məkanında ayrı-ayrı şəxslərə dair mülkiyyət və əmlak maraqlarını məhdudlaşdırmaq” və "müvafiq sanksiya siyahısı tərtib etmək” də daxil olmaqla viza qadağaları və nöqtə sanksiyaları tətbiq etmək üçün "təxirə salmadan Aİ-nin müştərək Maqnitski qanununa (Aİ insan hüquqları müdafiəsinə dair qlobal sanksiya rejimi) dair qanunyaradıcı təklifləri hazırlamaqla bağlı Avropa Komissiyasına və Avropa diplomatik xidmətinə çağırış ifadə olunur.
Bununla yanaşı, "Şimal axını 2” layihəsinin Avropa İttifaqının Rusiya təbii qazından asılılığını artırdığı, Aİ daxili bazarına təhdid yaratdığı, Aİ enerji siyasətinə və ya strateji mənafeyinə uyğun gəlmədiyi də qeyd olunan qətnamədə adı çəkilən layihəni dayandırmağın zəruri olduğu bildirilir. Bununla əlaqədar Rusiyanın bundan belə strateji tərəfdaş hesab edilməyəcəyi diqqətə çatdırılan sənədə görə tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə artıq əməl olunmadığı üçün müvafiq saziş dəyişdirilməlidir.
Avropa İttifaqı ölkələrinə Rusiya Federasiyasına dair xarici siyasətlərini daha çox əlaqələndirməyə və razılaşdırmağa çağırış səsləndirilən qətnamədə bununla belə, Rusiya hökuməti öz hüquqi və beynəlxalq öhdəliklərini yerinə yetirərsə, Aİ-nin bu ölkə ilə münasibətləri və dialoqu gücləndirməyə, yaxud heç olmasa əməkdaşlığa qayıtmağa açıq olduğu vurğulanır.
"Aİ ilə Rusiya arasında hazırkı mübahisə və qarşıdurmalar tərəflərdən heç birinə sərf etmədiyi üçün məyusedici nəticələrə belə baxmayaraq əlaqə kanalları açıq qalmalıdır, qitənin yeni parçalanması Aİ və Rusiya üçün təhlükədir” – deyə qətnamədə qeyd olunur/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi