Azercell “Kibertəhlükəsizlik Həftəsinə” qoşulub

img

12-03-2019 [16:19]


Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq "Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Mia.az xəbər verir ki,bu sahədə böyük təcrübəsi olan "Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.

Kibertəhlükəsizlik həftəsi çərçivəsində "Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA