"Bəzi məsələlərdə fikir ayrılığı var idi" - Politoloq Qərbi Kaspi Universitetini tərk etdi

img

12-03-2019 [15:28]


"Qərbi Kaspi Universitetindəki fəaliyyətimə son verdim".

Mia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.

O bildirib ki, adıçəkilən universitetdən ayrılmasının səbəbləri müxtəlifdir.

Politoloq, eyni zamanda, qeyd edib ki, orada işlədiyinə görə "Atlas" Mərkəzinin işinə çox vaxt ayıra bilmirmiş: "Üstəgəl, bəzi məsələlərdə fikir ayrılığı var idi".

Xatırladaq ki, E.Şahinoğlu ötən ildən adıçəkilən universitetdə politologiya fənnindən dərs deyirdi.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA