Paşinyan Təhlükəsizlik Şurasını Qarabağa topladı: "Bu, açıq təxribatdır"

img

11-03-2019 [19:14]


"Ermənistanın Təhlükəsizlik Şurası Xankəndində, Azərbaycan torpaqlarında toplanır. Baş nazir Nikol Paşinyan artıq Xankəndidədir. Bu, açıq-aşkar təxribatdır". 

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, birincisi, Azərbaycan XİN günlərdir həmsədlərin son bəyanatını tərifləməkdənsə başqa dövlətin təhlükəsizlik şurasının ölkəmizdə iclasının keçirilməsinə etiraz etməli, ikincisi isə, bu təxribata görə birbaşa həmsədrlərdən izahat tələb etməlidir:

"Paşinyan danışıqlar formatını dəyişdirə bilməsə də, bildiyini edir. Xankəndidə də ona görə iclas çağırır ki, müxalifətə - Qarabağ klanına, beynəlxalq aləmə və Azərbaycana separatçılarla eyni mövqedə olduğunu bir daha bəyan etsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA