Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

11-03-2019 [13:38]


Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA