Bu dövlət qulluqçularının aylıq vəzifə maaşı artırıldı - Siyahı + Sərəncam

img

09-03-2019 [14:55]


 Prezident İlham Əliyev "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən, bu il martın 1-dən Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği yardımçı vəzifələrdə çalışanlar üçün 165 manatdan 200 manata qaldırılıb.

 Bundan əlavə, 170 manat əməkhaqqı alanlar, müvafiq olaraq, 205, 175 manat alanlar 210, 185 manat alanlar isə 215 manat alacaqlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA