Taksilərin fərqlənmə nişanlarını kimlər cırır? - Sumqayıtda sürücülərin narazılığı böyüyür

img

09-03-2019 [14:13]


Bu gün saat 13.00-da bir qrup taksi sürücüsü Birlik.az saytına zəng edərək, Sumqayıt Şəhər Nəqliyyat Departamentindən şikayətləniblər.

Mia.az Birlik.az-a istinadən bildirir ki, sürücülər departament işçilərinin onlara işləməyə imkan vermədiyini deyiblər: "Biz "Vita” markalı taksilərlə Bakı-Sumqayıt marşrutunda sərnişin daşıyırıq. Bir çoxumuzun fərqlənmə nişanı da var. Fərqlənmə nişansız olanlar da var. Sumqayıt Şəhər Nəqliyyat departamentinin işçiləri bizim fərqlənmə nişanlarını alıb, cırdılar. Başa düşmürük, bu, nə deməkdir? Sumqayıt Şəhər Nəqliyyat departamentinin işçiləri neçə dəfə maşınlarımızı saxlayıb, içəri salıb 200 manat alandan sonra buraxırlar. İndi isə ümumiyyətlə, işləmək üçün imkan vermirlər.”

Qeyd edək ki, bir qrup taksi sürücüsü hazırda Sumqayıt şəhərində 9-cu mikrorayonda yerləşən "Araz” marketin qarşısında toplaşıblar. 

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA