Sumqayıtda yol polisi xanım sürücüləri "cərimələdi" - FOTOLAR

img

08-03-2019 [17:53]


Bu gün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində maraqlı reyd keçiriblər. 

Mia.az xəbər verir ki, reyd zamanı xanım sürücülər və piyadalar saxlanılsa da, onlara cərimə yazmaq əvəzinə hədiyyələr təqdim olunub.

DYP əməkdaşları xanım sürücü və piyadalarla maarifləndirici söhbətlər apararaq onları yol hərəkəti qaydalarına pozmamağa dəvət edib, qayda pozuntusunun insan faciəsinə səbəb ola biləcəyəni diqqətə çatdırıblar. Daha sonra isə xanım sürücü və piyadalara DYP tərəfindən gül və hədiyyələr verilib.

Bununla yanaşı, polis əməkdaşları şəhərin təmizliyi ilə məşğul olan xanımları da unutmayıblar. Onlar da göstərilən diqqətdən razılıq ediblər. Ümumilikdə reyd zamanı 20-yə yaxın xanımın 8 Mart Beynəlxalq Qadınlar günü təbrik edilib və gələcək işlərində uğurlar arzulanıb. Tədbirdə yol polisin əməkdaşları ilə yanaşı, uşaqlardan ibarət polis qrupu da iştirak edib.

Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsindən bildirilib ki, hər il olduğu kimi, bu il də ənənəvi Sumqayıtda xanım sürücülərlə bağlı belə bir tədbir keçirilib.
















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA