Bakıda feministlər aksiya keçirməyə cəhd etdi, polis qarşısını aldı - VİDEO

img

08-03-2019 [15:42]


Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirməyə cəhd ediblər.

Yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.

Aksiya keçirənlərin arasında hüquq müdafiəçisi Xədicə İsmayıl da olub.

Qeyd edək ki, dünən Bakı Şəhər Baş Polis İdarəsi feminist qadınların "8 Marş - Zoraklığa Qarşı Get” adlı yürüşü ilə bağlı xəbərdarlıq etmişdi.

Bu gün polis qüvvələri icazəsiz aksiyanın qarşısını zorakılıq etmədən alıblar/Strateq.az.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA