08-03-2019 [12:58]
Milli Məclisdə "Gənclər siyasəti haqqında” qanuna təklif olunan yaş senzi ilə bağlı düzəlişlər ictimai sektorda birmənalı qarşılanmayıb.
Milli Məclisdə haqqında danışılan qanuna "gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə daxil edilmiş müddəa ilə razılaşmayan QHT rəhbərlərinin prezident İlham Əliyevə müvafiq müraciətlərindən sonra məsələ öz həllini tapmış kimi görünsə də, bu sevinc uzun sürməyib.
Nə qədər paradoksal olsa da, millət vəkilləri sözügedən düzəlişlərin ikinci oxunuşunda qeyd olunan məhdudiyyəti aradan qaldırsalar da, bunun əvəzində "baltanı lap kökündən vurublar”.Layihəni 3-cü oxunuşda müzakirəyə çıxaran deputatlar bu dəfə sənədə yaşı 35-ə çatan şəxslərin gənclər təşkilatlarına üzvlüyünə avtomatik xitam verilməsi barədə müddəa daxil ediblər.
Milli Məclisin haqqında danışılan qanuna bu əlavə bir sıra gənclər təşkilatını yenidən ayağa qaldırıb. Bir araya gələn müvafiq QHT sədrləri problemin aradan qaldırılması xahişi ilə prezidentə növbəti müraciəti ünvanlayıblar.
"Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev gənclər təşkilatlarına üzvlüklə bağlı 35 yaş məhdudiyyətinin tətbiqini yerli qanunvericiliyə, o cümlədən Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalara zidd olduğunu bildirib. Vəliyev ümid edir ki, prezident İlham Əliyev bu məsələ ilə bağlı ona edilmiş müraciəti müsbət dəyərləndirəcək: "Bildiyimiz kimi, Milli Məclis tərəfindən 2002-ci ildə qəbul edilən və 2007-ci ildə müəyyən əlavə və dəyişikliklər edilən "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa müasir dövrün tələb və çağırışlarına uyğun bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülüb və yaz sessiyasında bu dəyişikliklər birinci oxunuşda qəbul edilib.
Bu əlavə və dəyişikliklər içərisində çoxsaylı təkliflər tərəfimizdən müsbət qiymətləndirilsə də, bizlərin – ardıcıl fəaliyyəti, dövlətçiliyimizə sədaqəti ilə seçilən aparıcı gənclərlə işləyən qeyri-hökumət təşkilatları rəhbərlərinin ciddi narahatlıq, narazılıq və etirazına səbəb olan bir məsələ də təəssüflər olsun ki, bu təklif olunan dəyişikliklər zərfinə daxil edilmişdi.
Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan "gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklif idi.
Buna müvafiq olaraq Milli Məclisin 2-ci oxunuşuna çıxarılan qanun layihəsindən – "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsi çıxarıldı.
Lakin daha sonra qanun layihəsi 3-cü oxunuşa gedən ərəfədə heç bir ictimai müzakirə, dinləmə aparılmadan Qanuna 9-1-ci (Gənclər təşkilatları) maddəsinə "Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir” deyə yeni müddəa əlavə edilib. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda çoxsaylı gənclər təşkilatları sektorunda ciddi fəaliyyət zəifliyi və xoşagəlməz nəticələr ortaya çıxa bilər ki, bu da son nəticədə gənclər siyasətinin inkişafına mənfi təsir edə bilər.
Biz yenidən 60-a yaxın gənclərlə işləyən qeyri-hökumət təşkilatı Cənab Prezidentə bu qanun layihəsi ilə bağlı müraciət ünvanladıq”.
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun sözlərinə görə, gənclər təşkilatlarına üzvlüklə əlaqədar 35 yaş məhdudiyyətinin tətbiqi bu sektorda ciddi boşluqların yaranmasına gətirib çıxaracaq ki, buna imkan vermək olmaz:
"Bildiyiniz kimi, gənclər təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə 35 yaş senzinin tətbiq edilməsi təklifi bu sahədə çalışan insanların əsaslı narahatlığına səbəb oldu və qadağanın aradan qaldırılması xahişi ilə cənab Prezidentə müraciət olundu. Bu müraciətin müsbət həllini tapdığını düşündüyümüz bir vaxtda isə qanunvericiliyə edilən dəyişiklik çox gözlənilməz oldu”.
YPIDA beynəlxalq təşkilatının İdarə Heyətinin üzvü Nihad Allahyarlı isə bildirib ki, Azərbaycan təcrübəsində indiyə kimi gənclər təşkilatlarının rəhbərləri 35 yaşdan yuxarı, hətta 60-70 yaşında şəxslər olub: "Milli Məclisdəki müzakirələrdən sonra QHT-lər haqqında qanuna dəyişiklik oldu. Bu dəyişikliyin məqsədi ondan ibarətdir ki, gənclər təşkilatlarının rəhbərləri 35 yaşdan yuxarı olmasın.Ölkəmizdə gənclik yaşı 29-dur. Lakin ümumi Avropa, beynəlxalq təcrübədə gənclik 35 yaşa kimi qiymətləndirilir.Ona görə də, Azərbaycan beynəlxalq təcrübəni tətbiq etmək üçün qanunvericiliyə dəyişiklik etdi. Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı var. Bu təşkilatların rəhbərlərinin yenilənməsi ilə bu sferaya yeni nəfəs gələcək. Gənclərlə işləyən insanların gəncləşməsi ilə gənclərə yeni motivasiya gələcək”.
Yenicag.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi