Vasif Talıbov xanım prorektora yeni vəzifə verdi

img

07-03-2019 [20:46]


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 7-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Surə Namidar qızı Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, S.Seyid bundan əvvəl Naxçıvan Dövlət Universitetində kafedra müdiri və prorektor vəzifələrində çalışıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA