“Azercell” yeni kampaniyaya başladı - 6 ay limitsiz internet paketi hədiyyə veriləcək

img

07-03-2019 [18:24]


Ölkədə mobil rabitə bazarının lideri olan "Azercell Telekom” MMC hər zaman olduğu kimi innovativ həllər və müasir texnologiyalar vasitəsilə müştərilərinə xidmət göstərmək məqsədilə bu dəfə abunəçilərinin istifadəsinə yeni "Samsung S10” kampaniyasını təqdim edir.

Azercell-dən Mia.az-a verilən məlumata görə, martın 8-dən 31-nə kimi "Samsung S10” kampaniyası çərçivəsində "Azercell” dükanlarından "Samsung” telefonu əldə edən hər bir abunəçiyə 6 ay ərzində pulsuz limitsiz internet paket hədiyyə təqdim ediləcək. Kampaniyadan yararlanmaq üçün "Samsung S10”, "Samsung S10+”, "Samsung S10 lite”, "Samsung A750”, "Samsung J600” və ya "Samsung J250” telefon modellərindən birini "Azercell Eksklüziv” mağazaları və ya "Azercell” diler şəbəkələrindən əldə etmək kifayətdir. 

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini ölkədə tətbiq etməyi hədəfləyən "Azercell” bundan sonra da abunəçilərini yeni kampaniyalar ilə sevindirməyə davam edəcək.

Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün "Azercell”in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.

Daha ətraflı məlumat üçün "news@mcs.az” ünvanına müraciət etmək mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA