"Biz onu cərimələsək də, əməlindən əl çəkmir"

img

07-03-2019 [17:19]


 "Təəssüflər olsun ki, imtahan verib təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğundan onlarla əməkdaşlığı davam etdirə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini çıxardıq".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, onların qarşısına meşələrin qorunması əsas vacib məqsəd kimi qoyulmuşdu: "Hələ də bu barədə bizim çətinliyimiz var. Vandalizm halları baş verir ki, bu, təkcə Nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına əlisilahlı adam qoysun, hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik".

"Oğuz rayonunun Calud kəndi, Buxaz kəndlərində kömürbasma geniş yayılıb. Hətta həmin kəndlərdə yaşayanlar öz övladlarını da təhlükəyə atırlar. Bundan əlavə, Qəbələ rayonunun Həmzəli kəndində meşə qənimi olan şəxs var. Biz onu cərimələsək də, əməlindən əl çəkmir. Eyni zamanda Calud kəndində nömrəsiz maşınlar. Onlar yalnız ağac kəsməklə məşğul olurlar. Qəbələdə Avrıq və Masallının Yelağac kəndlərində qanunsuz kömürbasma yerləri var. Təəssüflər olsun ki, etimad göstərdiyimiz şəxslər özlərini doğrultmadılar. Təkcə ötən ilin dekabr ayından bəri 52 nəfər meşə işçisi uzaqlaşdırmışıq. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişik", - deyə nazir müavini bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA