"Aran bölgəsinin meşə fondu ərazilərində meşə yoxdur"

img

07-03-2019 [16:13]


Azərbaycanda sənaye məqsədli meşələr salınacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov məlumat verib.

Onun sözlərinə görə, ölkədəki meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil: "Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar".

V.Kərimov deyib ki, meşədən çıxarılan ağacların 10 faizi yanacaq məqsədi üçün istifadə olunursa, 90 faizi digər məqsədlər üçün istifadə edilir: "Sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və oradakı ağacların heabına özlərinin materiallara olan tələbatını ödəyə bilərlər. Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq. Belə meşələrin bu il ərzində salınması planlaşdırılır".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA