Rayonlara yağış və qar yağacaq, Bakıya isə... - Hava ilə bağlı xəbərdarlıq

img

07-03-2019 [13:21]


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecədən başlayan yağışın gündüz kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Mia.az ETSN-ə istinadən bildirir ki, martın 8-də havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8 dərəcəyə yaxın isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 8-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, martın 8-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA