Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, ölən var

img

07-03-2019 [11:17]


Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə qeydə alınıb.

Nəticədə mənzilin bir otağında yataq dəsti və ev əşyaları yanıb. Yüksək temperaturdan hamam otağının plastik qapısı əriyib.

Hadisənin kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA