07-03-2019 [10:31]
Bakıda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına qadağa qoyulub.
Mia.az trend-ə istinadən xəbər verir ki, bu, "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də öz əksini tapıb.
Tələblərə əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksilər kimi Avropa İqtisadi Komissiyasının təsnifatına uyğun olaraq, "B” və daha yuxarı sinif minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir.
Taksi minik avtomobilləri "ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.
Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.
Beynəlxalq hava limanında sərnişin daşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərinə dair əlavə tələblər müəyyən edilib. Bu tələblərə əsasən, belə taksilər ən azı "Avro-4” ekoloji standartına uyğun, xüsusi proqram təminatı (internet üzərindən taksi sifarişi, SMS məlumatlandırma) olmalıdır. Taksi minik avtomobilində Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi, onun loqosu, qısaldılmış adı və ya abreviaturası, habelə Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobilləri sarı, ağ və ya bənövşəyi rəngdə olmalıdır. Taksi minik avtomobillərinin fərqləndirici nişanı göy-sarı və ya qara-ağ rəngdə olmalıdır. Beynəlxalq Hava Limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin yanlarında "Airport taxi” fərqləndirici nişanı olmalıdır. Taksi minik avtomobillərinin oturacağında, oturacaq üzlüyündə, döşəmə xalçasında və ya digər daxili hissəsində heç bir qüsur olmamalıdır. Ön və arxa oturacaqların üzərini örtmək üçün tikilmiş örtüklərin istifadəsinə icazə verilmir.
Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə "tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqi şəxslərin, habelə iki və daha artıq minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirən fiziki şəxslərin daşımalarda istifadə etdiyi taksi minik avtomobillərində, eləcə də beynəlxalq hava limanında sərnişindaşıma xidməti üçün istifadə olunan taksi minik avtomobillərində nağdsız ödəniş üçün POSterminal olmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi