Genetik Ehtiyatlar İnstitutu ilə Ağciyər Xəstəlikləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

img

06-03-2019 [17:20]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb.

AMEA Genetik Ehtiyatlar İnstitutundan Mia.az-a verilən məlumata görə, beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən ETAXİ ilə GEİ  arasında Vərəm xəstəliyinin və ağciyərlərin digər infeksion və qeyri-infeksion xəstəliklərin genetik əsaslarının öyrənilməsi, xəstəliklərə risk qrupların vaxtında aşkar edilməsi, mutasiyaların müəyyənləşdirilməsi, onların xəstəliklərin gedişinə təsiri, o cümlədən müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi sahəsində birgə tədqiqatların və kadr hazırlığının aparılması, elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, müvafiq xəstəliklər üzrə ədəbiyyat məlumatlarının təhlili, seminarların, elmi-praktik konfransların təşkil edilməsi nəzərdə tutulub.

Müqavilə AMEA GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Azərbaycan Respublikası SN ETAXİ-nin direktoru, professor Həqiqət Qədirova tərəfindən imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA