Əli Əhmədov və Rövşən Rzayev yanğın baş verən yataqxanada

img

06-03-2019 [15:39]


Baş nazirin müavini Əli Əhmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada olub.

Ə.Əhmədov və R.Rzayev sakinlərlə görüşüb, vəziyyətlə yerində tanış olublar.

Ə.Əhmədov bildirib ki, zərərçəkənlər müvəqqəti yaşayış evi ilə təmin olunacaq: "Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün yeni binalar tikilir. Burada məskunlaşan köçkünlər də gələcəkdə o binalaraq köçürüləcəklər”.

Qeyd edək ki, ötən gecə saat 23.30 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib. (ONA)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA