Azərbaycanda 30 min yeni iş yeri açılacaq - Nazir açıqladı

img

06-03-2019 [14:44]


Yaxın illərdə Azərbaycanın əmək bazarı əhəmiyyətli dərəcədə genişlənəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda "İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.

Nazir bildirib ki, ölkədə qeyri-rəsmi məşğulluqla mübarizə çərçivəsində həyata keçirilmiş islahatlar nəticəsində bu ilin ilk iki ayı ərzində əmək müqavilələrinins sayı ötən ilin eyni dövrü ilə müqayisədə 53 min çox olub:

"Vergi sahəsində həyata keçriilmiş islahatlar da əmək bazarının vəziyyətinə müsbət təsir göstərəcək. Hesab edirik ki, yaxın illərdə əmək bazarını əhəmiyyətli dərəcədə genişləndirə biləcəyik”.

S.Babayev əlavə edib ki, "İşsizin DOSTu” proqramı çərçivəsində otuz min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da vətəndaşların məşğulluq səviyyəsini artıracaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA