Gürcüstan ikili vətəndaşlığın verilməsi prosedurunu sadələşdirir - Prezident açıqladı

img

06-03-2019 [14:09]


"Gürcüstandan olan mühacirlərin ölkə ilə əlaqələrinin saxlanılması üçün ikili vətəndaşlığın verilməsi prosedurunun sadələşdirilməsi çox vacibdir”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfərləri zamanı xaricdə olan gürcü tələbələr və emiqrantlarla görüşüb: "Emiqrantlar, xüsusilə də xaricdə anadan olanlar üçün Gürcüstan vətəndaşı statusu çox əhəmiyyətlidir. Bu, onlara vətənləri ilə əlaqələrini qoruyub saxlamağa kömək edə bilər”.

S.Zurabişvili ikili vətəndaşlığın verilməsi və saxlanılması qaydalarının sadələşdirilməsi məsələsi ilə bağlı ölkənin Ədliyyə Nazirliyi ilə əməkdaşlığın həyata keçirildiyini qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA