Azərbaycandan Moskvaya gedən avtobus yük maşını ilə toqquşdu - ÖLƏNLƏR VAR+SİYAHI

img

06-03-2019 [10:21]

Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.

Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes” markalı mikroavtobus qarşı yola çıxan "ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti ağırdır.

**** 

Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb. ONA-nın Rusiya bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.

Stavropolda qəzada ölən azərbaycanlıların adları açıqlanıb- YENİLƏNİB-2 - VİDEO | Foto qalereya

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA