"Qaçqınkom" sədri vətəndaşları qəbul etdi - Problemləri dinlədi

img

05-03-2019 [19:24]


Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu olub. Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Dövlət komitəsindən Mia.az-a bildirilib ki, qəbula gəlmiş məcburi köçkünlər, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi ilə əlaqədar müraciət ediblər.

Qəbula gələnlərin diqqətinə çatdırılıb ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bir neçə gün əvvəl vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması ilə bağlı verilən Sərəncam bunun bariz nümunəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və yararsız binalarda, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti qeydə alınıb. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA