"Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir"

img

05-03-2019 [14:46]


 "Azərbaycandakı dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün brifinqdə deyib.

Onun sözlərinə görə, bir neçə il əvvələ qədər ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda dini etiqad azadlığı ilə obyektiv olmayan informasiyalar yayılırdı: "Bizim ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən nümayə ndələri ilə keçirdiyimiz görüşlər, Qafqaz Müsəlmanları İdarəsi və Prezident Administrasiyası ilə birlikdə apardığımız işlər nəticəsində bu məlumatların yanlış olduğunu onlara çatdıra bilmişik. Amma hesabatlarda hələ də razı olmadığımız məqamlar var. Əminəm ki, biz zaman-zaman bu yanlışlıqları da onlara göstərə biləcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA