Məleykə Abbaszadə: "Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur?"

img

05-03-2019 [13:10]


"Çox şadam ki, qadınlar indiki şəraitdə öz yolunu tutub, şəxsi bizneslərini qurmaqda maraqlıdırlar".

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimində bildirib.

"Keçirdiyimiz sorğuların nəticəsinə əsasən deyə bilərəm ki, yüksək bal toplayan uşaqların uğurlarının böyük səbəbkarı ali təhsilli valideynlər, xüsusilə də analardır. Qadınlar adət-ənənələrimizi qoruyub saxlamaqla yanaşı həm də müasir düşüncəyə malik olmalıdır. Biz gərək stereotiplərin əsiri olmayaq. Çox zaman bu stereotiplər bizim əl-qolumuzu bağlayır. Ailə quranda bizdən belə bir istək olur: 7 oğul istərəm, bircə dənə qız, gəlin. Niyə? Niyə qadınlara Bəsti, Kifayət adları qoyulur? Qadınlar öz uğurları ilə bu kimi fikirlərin yanlış olduğunu sübut etməlidirlər”, - o, qeyd edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA