UNEC-in tələbələri beynəlxalq biznes müsabiqəsində Azərbaycanı təmsil edəcək

img

05-03-2019 [11:44]


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri "Procter&Gamble” şirkətinin qlobal səviyyədə keçirdiyi "CEO Challenge” biznes müsabiqəsində Azərbaycanı təmsil edəcəklər.

UNEC-dən Mia.az-a bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) IV kurs tələbəsi Türkan Hacıyeva, III kurs tələbəsi Rəşad Ağayev və "SABAH” qruplarının IV kurs tələbəsi Ülfan Əliyev müsabiqənin ilk mərhələsində məntiq, riyaziyyat, analitika və digər xüsusiyyətlərin yoxlanıldığı onlayn qiymətləndirmədən uğurla keçiblər.

 İkinci mərhələdə isə 75 dəqiqə ərzində 15 test və 2 esse tipli suallar ilə tələbələr P&G məhsulları barədə biznes situasiyaları dəyərləndirib və strateji çıxış yolları tapmağa çalışıblar. 

Təqdim edilən keyslərdə marketinq təhlili, maliyyə göstəriciləri, bazar imkanları və digər önəmli faktorlara diqqət ayrılıb. Bu mərhələni də uğurla başa vuran tələbələr regional mərhələyə vəsiqə qazanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA