"Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkləndirilir"

img

05-03-2019 [11:08]


 "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət vəziyyəti yaradıb".

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransda deyib.

O bildirib ki, belə hallarda beynəlxalq hüquq əsas rol oynamalıdır.

"Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkləndirilir. Ermənilər tərəfindən qəsdən törədilən yanğınlar nəticəsində Azərbaycanın, təxminən, 100 min hektar meşə sahəsi məhv edilib. Araz çayının ekoloji vəziyyəti ürəkaçan deyil. Ermənilərin suyu çirkləndirməsi nəticəsində bir çox balıq növləri tükənmək üzrədir", - nazir söyləyib.

M.Babayev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan etməkdə davam edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA