04-03-2019 [17:13]
Sabirabad rayonunun Axısxa kəndində yaradılmış "Axısxalılar Toxum İstehsal Kooperativi”nin təqdimat mərasimi keçirilib. Mərasimdə kənd təsərrüfatı naziri İnam Kərimov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, kooperativin üzvləri iştirak ediblər.
Mia.az xəbər verir ki, iştirakçıları salamlayan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə başlayan torpaq islahatının uğurla başa çatdığını deyən Nazim İsmayılov, bu islahatlarla ölkədə aqrar inkişafın əsasının qoyulduğunu bildirib. O, Sabirabadda başlamış kooperativləşmə prosesinin digər rayonlarda davam edəcəyinə ümidvar olduğunu bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirib ki, ölkədə kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması zərurətə çevrilib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatında fəaliyyət effektivliyi yüksəldilir, məşğulluq artır. Qarşımızda duran əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Bu hədəfə çatmaq üçün mövcud su və torpaq resurslarından səmərəli istifadə etmək lazımdır. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir, fermerlərin gəlirləri daha da artmış olur. Bu üsul həmçinin rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir. Siz kooperativə iri investisiya layihələri cəlb edə, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəksiniz”.
Nazir bildirib ki, kooperativ yaratmaq könüllü işdir: "Biz belə təşəbbüsləri daim dəstəkləmişik. Nazirlikdə Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Bu, Sabirabad rayonunda yaradılmış sayca ikinci, lakin ölkədə ilk ixtisaslaşmış kooperativdir. Məndə olan məlumata görə, kooperativin sərəncamında 730 hektar ərazi var. Yeni birlik öz sıralarında 231 ailədən 746 nəfəri birləşdirir. Məni də bu kooperativin 747-ci üzvü saya bilərsiniz”.
Tədbirdə çıxış edən "Axısxalılar Toxum İstehsal Kooperativi”nin sədri Araz Kindiyev, Axısxa kənd ağsaqqalı Hətəmşah Məcidov, rayonun qabaqcıl fermerlərindən İxtiyar Mehdiyev kooperativin yaradılma məqsədi, görüləcək işlər barədə danışıblar.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri "Axısxalılar Toxum İstehsal Kooperativi haqqında təqdimat keçirib. O bildirib ki, 1996-cı ildə aparılmış torpaq islahatı nəticəsində Axısxa kənd sakinlərinə 1084 ha pay torpağı verilib. Kəndin 231 ailəsi öz pay torpaqlarını birləşdirərək "Axısxalılar Toxum İstehsal Kooperativi” təsis ediblər. 730 hektar ərazidə fəaliyyət göstərəcək kooperativ toxum istehsalı üzrə ixtisaslaşacaq.
Təqdimat mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr aparılıb, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi