Ramil Usubov iki DYP rəisi təyin etdi - Nazir idmançıya yüksək vəzifə verdi

img

04-03-2019 [11:08]


Daxili İşlər naziri general-polkovnik Ramil Usubov yeni rəis təyin edib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. 

O, bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (RPİ DYP) şöbəsinin yeni rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Ramil Usubovun digər əmri ilə Yasamal rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Qəhrəman Qələndərov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi təyin olunub.

Qeyd edək ki, Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsini müvəqqəti olaraq Məmməd Əliyev icra edir.


  • Ramil Usubov idmançını DYP rəisiTƏYİN ETDİ - FOTO (ÖZƏL)

    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA