03-03-2019 [19:45]
Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olan "Kristal Abşeron” şirkəti paytaxın Binəqədi rayonunda, metronun "Azadlıq prospekti" stansiyasının üzərində yerləşən parkı zəbt edərək hündürmərtəbəli bina tikdirib.
Bununla bağlı ərazidə yaşayan sakinlər Demokrat.az-a müraciət ediblər.
Şikayətçilər deyir ki, "Kristal Abşeron” şirkəti heç bir halda tikintisinə icazə verilməyən metro tunelinin üzərində hündürmərtəbəli binalar inşa edib.
"Bakı Metropoliteni" QSC-nin icazəsi olmadan inşa edilən sözügedən binalar sakinlərin ciddi narahatçılığına səbəb olub. Binanın ağırlığı ərazidən keçən metro tuneli üçün təhlükəli vəziyyət yaradıb.
Metronun "Azadlıq prospekti" stansiyasının içərisində tez-tez çatların əmələ gəlməsi də təsadüfi deyil. Görünür ki, binada görülən işlər və əraziyə axıdılan suları metronun tunelində çatlar əmələ gətirir.

Ən təəccüblüsü də odur ki, şirkət ərazidə avtomobillərin ödənişliyi saxlanıldığı yerə "maşına zərər dəyərsə, məsuliyyət daşımırıq" kimi elan lövhəsi vurub.
"Kristal Abşeron” şirkətinin qanunsuz fəaliyyəti bununla bitmir. Şirkət metronun "Azadlıq prospekti" stansiyası üzərində salınmış parkın ərazisinin böyük hissəsini də zəbt edərək, orada hündürmərtəbəli binalar inşa etdirir.

Əvvəllər həmin binaların "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov tərəfindən inşa edildiyi deyilsə də, ancaq sözügedən iş adamı bu məlumatları təkzib edib.
"Şərur” MTK şirkətinin sahibi olan İsfəndiyar Axundov Demokrat.az-a açıqlamasında bildirib ki, metronun "Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması doğru deyil:
"Bu ərazi mənə məxsus deyil. Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada "Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.
İş adamı bir neçə il bundan öncə həmin yerin əlindən aldındığını da söyləyib:
"Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb”.

"Kristal Abşeron” şirkətinin metro tuneli üzərində hündürmərtəbəli bina inşa etdirməsi barədə "Bakı Metropoliteni" QSC-dən icazə alıb-almaması barədə araşdırmalarımız davam edir. Yaxın günlərdə bununla bağlı "Bakı Metropoliteni" QSC-nin və İcra Hakimiyyətinin sorğumuza cavablarını oxuculara təqdim edəcəyik.
Demokrat.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi