Bakıda Futbol Məktəbində yanğın olub

img

02-03-2019 [13:16]


Fövqəladə Hallar Nazirliyi (FHN) martın 2-də səhər saatlarında Binəqədi rayonunda "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Mia.az-a verilən məlumata görə, hadisə nəticəsində məktəbin ümumi sahəsi 800 kvadratmetr olan birmərtəbəli təlim-məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü kvadratmetr sahədə və dam örtüyü 600 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA