Nazir vətəndaşları niyə qəbul etməyib?

img

01-03-2019 [15:09]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 27-də Sabirabad rayonunda bir neçə vətəndaşın nazir Sahil Babayevin qəbuluna buraxılmadığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Mia.az xəbər verir ki, nazirliyin mətbuat katibi Fazil Talıbov bununla bağlı açıqlama verib. O bildirilib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib.

Qeyd olunub ki, bu müddət ərzində qəbula yazılan 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb:

"Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk.

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həm də bölgələrdə), bu ilin iki ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA