Miqrasiya Xidmətinin rəisi Gürcüstandan olan azərbaycanlı ziyalılarla görüşdü - Nələr müzakirə olunub?

img

28-02-2019 [23:25]


Fevralın 28-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov əslən Gürcüstandan olan azərbaycanlı ziyalılardan ibarət nümayəndə heyəti ilə görüşüb.

DMX-dən Mia.az-a verilən məlumaat görə, Xidmət rəisi iki ölkə arasında mövcud olan tarixi dostluq və mehriban qonşuluq münasibətləri, dövlət başçılarının müdrik siyasəti sayəsində xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də miqrasiya sahəsində həyata keçirilən tədbirlər, tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib.

Bildirib ki, ölkəmizin əcnəbilər üçün turizm, əmək miqrasiyası və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılması məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsində artıq bir sıra dəyişikliklər həyata keçirilib. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq təhlillər aparılır, ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi məqsədilə yeni təkliflər hazırlanır.

Səmimi görüşə görə Xidmət rəisinə təşəkkür edən ziyalılar gürcüstanlı soydaşlarımızın Azərbaycanda olma və yaşama qaydaları ilə bağlı qanunvericiliyin daha da sadələşdirilməsini, eləcə də müəyyən imtiyazların verilməsi məsələsinə baxılması üçün təkliflərin hazırlanması proseslərində DMX-nin və digər aidiyyəti qurumların iştirakının vacibliyini vurğulayıblar.

Görüşdə ziyalıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov da görüşdə iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA