28-02-2019 [20:18]
"Dünən məni Vəkillər Kollegiyasının (VK) İntizam komissiyasına dəvət etmişdilər. Çağrılmağımın səbəbləri barədə yaxın günlərdə ətraflı yazacam, indilik məni istəyənlərin narahatçılığına heç bir əsas olmadığını deməklə kifayətlənirəm. Fikirləşdim ki, getmişkən maraqlandığım sualların cavabını da alaram. Sədrin və aparatının rəhbərinin xarici səfərdə olduğunu öyrənəndən sonra onun müavinləri Aydın Axundov və Pərviz Ələkbərovla görüşmək qərarına gəldim".
Mia.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adil İsmayılov sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, Vəkillər Kollegiyasında onu çox mehriban qarşılayıblar: "Dedilər ki, bura sənin evindir, hətta çay verdilər, amma suallarımı yalnız rəsmi müraciət edəcəyim təqdirdə, cavablandıracaqlarını bildirdilər. Eyib etməz, rəsmi müraciət də edəcəm, onu da burada paylaşacam. Mənə də müəyyən sualları oldu, bəzi şaiyələrə aydınlıq gətirməmi istədilər. Gördüm ki, barəmdə kifayət qədər informasiya toplayıblar. Bütün suallarına yerindəcə cavab verdim".
Vəkil deyib ki, onun fəaliyyəti ilə bağlı gizlədəcək heç bir şeyi yoxdur: "Orda dediklərimi burda da paylaşıram.
Vəkili və təsisçilərindən biri olduğum "Adil İsmayılov və partnyorları” vəkil bürosu illərdir mənim şəxsi mülkiyyətimdə olan mənzildə (mülkiyyəti təsdiq edən sənəd şərh bölməsində) fəaliyyət göstərir. Hazırda büroda 14 nəfər vəkil fəaliyyət göstərir. Yanvar ayında vəkillərin hər birindən 130 (yüz otuz) manat pul tutulub, bildiyim qədər bu, Bakı şəhərində yerləşən bürolar arasında ən aşağı məbləğlərdən biridir. Bunun 52 (əlli iki) manatı üzvlük haqqı kimi VK-ya verilib. Qalan 1092 (bir min doxsan iki) manatın 730 ( yeddi yüz otuz) manatı əmək haqqı fondudur. Yerdə qalan 362 (üç yüz altmış iki) manat isə kommunal və cari xərclərə sərf olunmuşdur. Ofisin təmirini həmişə şəxsi vəsaitim hesabına etmişəm və vəkillərdən icarə haqqı almamışam. Beləliklə, mən büromuz barədə tam məlumat verdim, kimin nə sualı varsa versin, cavab verməyə hazıram".
Sonda isə Adil İsmayılov üzünü VK-dan hesabat istəyib: "İndi növbə sizindir, cənab VK rəsmiləri, gizlədəcək bir şeyiniz yoxdursa, əlinizi vəsiqənizin üstünə qoyub, suallarımı cavablandırın".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi