28-02-2019 [16:52]
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax şəhərinin qədim tarixi hissəsi – "İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verildi.
Bildirildi ki, Qaxda XVI əsrdən mövcud olan "İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları Gürcüstan Prezidentinin marağına səbəb oldu. Burada tətbiqi sənət nümunələri, xalçaçı, toxucu, ağacoyma sənətkarlıq emalatxanaları, Şərq şirniyyatı dükanı, təndirxana fəaliyyət göstərir.
Gürcüstan Prezidentinə məlumat verildi ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmmədin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.
***
Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.
Prezident Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzdi, müəllim və şagirdlərlə söhbət etdi.
Gürcüstan dövlətinin başçısının diqqətinə çatdırıldı ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.
Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söylədilər.
Bildirildi ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.
Gürcüstan Prezidentinə məlumat verildi ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi, 2 mədəniyyət evi, 1 folklor klubu, 2 kitabxana filialı, 1 sahə xəstəxanası, 1 həkim və 1 tibb məntəqəsi, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir.
Məktəblə tanış olan Gürcüstanın dövlət başçısı təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzuladı.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi