28-02-2019 [16:34]
"Azərbaycanda ABŞ dolları ilə götürülmüş kreditlərlə bağlı güzəşt 550-600 min insanı əhatə edə bilər. Onların ailə üzvlərini də saysaq bu güzəşt təxminən 2 mln. insana rahat nəfəs almağa imkan verəcək".
Bunu fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanı şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
"Həmin dövrdə götürülmüş kreditlərin müəyyən bir qismi artıq ödənilib. Ancaq bir məsələ var. Fərmanda deyilmir ki, bu, problemli kreditlərə şamil edilsin, deyilir ki, 10 min dollara kreditlərə tətbiq edilsin. Yəni, hamıya aid olacaq. Dollarla borcu olan vətəndaşlarının sayının azalmasından söhbət getmir. Ən son 2 min və 5 min dollaradək olan kreditlərə güzəşt tətbiqi ilə bağlı məsələ müzakirə olunurdu. Məbləğin 10 min dollara qədər lması miqyası genişləndirir", - deyə o, qeyd edib.
"Dollar kreditləri 2 kateqoriyaya bölünür. Bunlar 2015-ci il fevralın 21-nə qədər götürülmüş və həmin tarixdən 2015-ci il dekabrın 21-nə qədər götürülmüş borclardır. Ümumi güzəşt devalvasiya nəticəsində borcun manatla ifadəsində yaranmış fərqin ödənilməsinə hesablanıb. Yəni, 1-ci devalvasiyadan əvvəl götürülmüş hər dollara görə 25 qəpik, 1-ci və 2-ci devalvasiyalar arasında götürülmüş hər dollara görə 60 qəpik, 2-ci devalvasiyadan sonra götürülmüş hər dollara görə isə hər iki güzəşt - yəni, 85 qəpik ödənilir. Vətəndaşın bu günə borcu yoxdursa, ödədiyi artıq məbləğ ona qaytarılır. Bu məsələ fərmanda konkret göstərilməsə də, ola bilsin ki, banklar vətəndaşın adına əmanət hesabı açacaq orada yerləşdiriləcək. Çünki 2015-2019-cu illərdə insanlar borclarını müxtəlif yollarla ödəməyə çalışıblar. Onların bu günə borcları az ola bilər", - deyə R.Həsənov bildirib.
"Banklar 45 gün ərzində hər bir şəxs üçün detallı məlumatları-nə qədər güzəşt olunmalıdır, həmin dövrə krediti nə qədər olub, güzəştdən sonra qalıq məbləğ nə qədər olacaq və s. təhvil verməlidirlər. Bankların digər öhdəliyi bu günə qədər gecikməyə görə məhkəmələrə göndərilən işlərin geri çağırılmasıdır. Bunun üçün də 1 ay müddət verilib. Eyni zamanda hesablanmış faiz və dəbbə borcları silinməlidirlər. Bu məqsədlə banklara 682 mln. manat güzəştli kredit verilməsi nəzərə tutulub. Həmçinin 215 mln. dollarlıq qiymətli kağızın banklarda yerləşdirilməsi ilə bankların valyuta balansının qorunması planlaşdırılır. Düşünürəm ki, adekvat bir qərardır", - deyə iqtisadçı fikrini tamamlayıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi