“Nar” növbəti rəsmi mağazasını təqdim etdi

img

28-02-2019 [13:30]


"Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim edib.

Mia.az Şirkətə istinadən xəbər verir ki, yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. 

Mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. 

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, fevral ayının 28-i və martın 1-i mağazaya gələn hər bir müştəriyə "Nar” nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alanlara da "Nar” nömrələr hədiyyə olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA