Problemli kreditlərlə bağlı qərar qəbul edildi - Bank rəhbərlərinə tapşırıq

img

28-02-2019 [10:58]


Dünən Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Bu yığıncaqda bütün kommersiya banklarının rəhbərləri iştirak edib.

Etibarlı mənbədən alınan məlumata görə, iclasda problemli kreditlərlə bağlı güzəştlər paketi müzakirə olunub. Müzakirələr zamanı güzəştlər paketinə dair müəyyən qərarlar qəbul edilib.

Qəbul edilmiş qərarlar isə Maliyyə Nazirliyinə və müvafiq qurumlara göndərilib/modern.az

Xatırladaq ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Yaxın vaxtlarda bu məsələyə dair sərəncam veriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA