Prezident əmək pensiyaları ilə bağlı yeni qanunu təsdiqlədi - Nə dəyişdi?

img

27-02-2019 [18:33]


Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 

Mia.az xəbər verir ki, təsdiqlənən yeni qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

"Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. 

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA