Gürcüstan Prezidenti Heydər Əliyevin və şəhidlərin məzarını ziyarət etdi - FOTO

img

27-02-2019 [15:45]


Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan dövlətinin başçısı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

***

Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Salome Zurabişvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edən Gürcüstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA