Bank rəhbərləri Mərkəzi Banka çağırıldı - Problemli kreditlərlə bağlı qərar verilə bilər

img

27-02-2019 [14:04]


Bu gün Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Kommersiya banklarının rəhbər şəxsləri bu gün saat 17:00-da Mərkəzi Bankda keçiriləcək yığıncağa çağırılıb.

Mia.az xəbər verir ki, yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi məsələsinin olacağı bildirilir.

Xatırladaq ki, fevralı 25-də Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə məsələsinin vətəndaşlarının xeyirinə həll ediləcəyini açıqlamışdı.

"İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA