İctimai Birlik "Sağlam həyat tərzi-sağlam və fəal fərd tərbiyə edir" layihəsi çərçivəsində tədbirlər keçirir

img

27-02-2019 [12:31]


"Oriqami" Uşaq və Yeniyetmələr" İctimai Birliyi  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi  və  Azərbaycan  Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin icazəsi ilə  Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən K.Məmmədov adına 209 № li tam orta məktəbdə, C.Nurməmmədov adına 108 № li tam orta məktəbdə və Əliağa Vahid adına 293№ li tam orta məktəbdə "Sağlam həyat tərzi-sağlam və fəal fərd tərbiyə edir" layihəsinin icra edir.

Mia.az-a verilən məlumata görə, layihənin icrasına 3 məkəbdən, könüllülük prinsipi əsasında 150 şagird cəlb olunmuşdur.Uşaq və yeniyetmələrlə təşkil olunan praktik məşğələlərdə hər bir layihə iştirakçısı mütəhərrik komanda oyunlarında və qrup intellektual məşğələlərində  bilavasitə iştirak edərək qabiliyyət və bacarıqlarını artırır, yeni vərdişlər qazanırlar.

Məşğələlər zamanı onlar innovativ idman qurğularından istifadə edirlər,bu da şagirdlərə yeni bilik və məlumatlar  verir, dünyagörüşlərini genişləndirir.

Komanda tərkibində oyun və əyləncələrlə məşğulluq, birgə fəaliyyət, yarışmalar, onlarda sağlam münasibətlərə, mehriban rəftara,qarşılıqlı köməyə yol açır, ziyanlı vərdişlərdən uzaqlaşdırır.

Sağlam məşğuliyyət -sağlam düşüncə doğurur. Güman edirik ki,uşaq və yeniyetmələrə 3 ay ərzində məktəblərdə praktik məşğələlər zamanı aşılanan sağlam həyat tərzi onlarda təhsilə marağı,  idmana həvəsi daha da artıracaq, sinifdə,məktəbdə, ictimai yerlərdə,məhəllədə düzgün davranışa  zəmin yaradacaqdır.

15 fevral 2019-cu il tarixində bitən "Sağlam həyat tərzi-sağlam və fəal fərd tərbiyə edir"  layihəsi çərçivəsində hər bir iştirakçı Sertifikat,dəftərxana ləvazimatı, rəngli buklet,təsvirli qələm, maraqlı oxu kitabçaları, "Özün rənglə" dəstləri  ilə mükafatlanmışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA