Rumıniya Milli Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

img

27-02-2019 [11:38]


Rumıniya Milli Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, təqaüd proqramına bakalavriat və magistratura səviyyələri üzrə 35, doktorantura səviyyəsi üzrə 45 yaşadək şəxslər müraciət edə bilərlər. 

Proqramın tədris dili rumın dilidir.

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar aprelin 5-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın bu ilin yay ayları ərzində veriləcəyi gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin saytında verilib.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA