Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

img

26-02-2019 [23:52]


Bu gün Xocalı faciəsi qurbanlarının xatirəsi tək Azərbaycanda deyil, sərhədlərimizdən uzaqlarda da anılır, xarici ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimləri də Azərbaycan xalqının acısını bölüşürlər.

Mia.az-a verilən məlumata görə, Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri professor Usəma əl-Abd qrup üzvlərinin adından Xocalı faciəsi ilə bağlı bəyanat imzalayaraq Azərbaycan-Misir Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Gövhər Baxşəliyevaya göndərib.

Bəyanatda deyilir: "Biz 26 fevral 1992-ci il xatirə gününün ağrısı-acısını sizinlə bölüşür və qanuni hüquqlarınızın tanınmasında sizinlə həmrəy olduğumuzu bildiririk. Ümid edirik ki, sizin problem beynəlxalq qanunun  qayda və prinsiplərinə və BMT Nizamnaməsinə tam uyğun  şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi və qanuni, ədalətli qiymətini tapacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA